Kreml: Ərdoğan-Putin görüşü baş tutmayacaq

Kreml: Ərdoğan-Putin görüşü baş tutmayacaq
# 14 dekabr 2015 13:43 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında dekabrın 15-də Sankt-Peterburqda keçirilməsi planlaşdırılan zirvə baş tutmayacaq.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

Xatırladaq ki, prezidentlərin iştirakı ilə Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının keçirilməsinə Antalyada keçirilən G 20 zirvəsində qərar verilmişdi.

Rusiyaya məxsus təyyarənin vurulmasından sonra görüşün təxirə salındığı barədə xəbərlər yayılsa da, rəsmi açıqlama verilməmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR