Göyçay-Ucar yolunda avtomobil ağaca çırpılıb, sürücü ağır xəsarət alıb

Göyçay-Ucar yolunda avtomobil ağaca çırpılıb, sürücü ağır xəsarət alıb
# 01 dekabr 2015 18:06 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda avtomobil yoldan çıxaraq aşıb, ağır xəsarət alan var. APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün axşam saat 19:30 radələrində Göyçay-Ucar avtomobil yolunun 9-cu kilomerliyində, Çərəkə kəndi ərazisində qeydə alınıb.

Ucar sakini 1996-cı il təvəllüdlü Abuzarov Karaman Həsən oğlu “Merсedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən sürücü idarəetməni itirib, avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü ağır bədən xəsarətləri alaraq Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR