Erməni silahlı bölmələri ötən ay atəşkəs rejimini 773 dəfə pozub

Erməni silahlı bölmələri ötən ay atəşkəs rejimini 773 dəfə pozub
# 01 dekabr 2015 08:20 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu ilin noyabr ayında erməni silahlı bölmələri cəbhə xəttində atəşkəs rejimini 773 dəfə pozub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 mm çaplı minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstərib. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, hərəkət cəhdlərinin qarşısı alınıb.

Noyabr ayı ərzində atəşkəsin pozulmasına görə ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir. Bu istiqamətdə atəşkəsin 242 dəfə pozulması faktı qeydə alınıb. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzuli rayonu gəlir (139 dəfə).

Qarabağ cəbhəsi üzrə noyabrda Tərtər rayonu istiqamətində atəşkəs 77, Xocavənd rayonu istiqamətində 60, Cəbrayıl rayonu istiqamətində isə 58 dəfə pozulub.

Erməni silahlı bölmələri atəşkəsi Goranboy rayonu istiqamətində 78, Qazax rayonu istiqamətində 50, Gədəbəy rayonu istiqamətində 28, Tovuz istiqamətində 21, Göygöl rayonu istiqamətində 19, Ağstafa rayonu istiqamətində isə 1 dəfə pozub.

Ötən ay qoşunların təmas xəttində müxtəlif istiqamətlərdə Silahlı Qüvvələrimizin bölmələrinin həyata keçirdiyi qabaqlayıcı və vaxtında görülən tədbirlər nəticəsində düşmənin hərəkət fəaliyyətinin qarşısı alınıb.


Silahlı Qüvvələrimizin bölmələrinin vurduğu zərbələrlə qarşı tərəfin 2 hərbi qulluqçusu məhv edilib, düşmənin çoxlu sayda yaralısı olub.

Noyabrda təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin 1 hərbi qulluqçusu şəhid olub, bir hərbi qulluqçusu yaralanıb.

Qeyd edək ki, oktyabr ayında erməni silahlı bölmələri atəşkəs rejimini 695 dəfə pozmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR