Hüseyn Bağırov: “Nəzarət altında həyata keçirilən ov biomüxtəlifliyin zənginləşməsinə də xidmət edir”

Hüseyn Bağırov: “Nəzarət altında həyata keçirilən ov biomüxtəlifliyin zənginləşməsinə də xidmət edir”
# 18 noyabr 2015 09:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovçuluğa nəzarət edir. APA-nın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

H. Bağırov bildirib ki, nəzarət altında həyata keçirilən ov biomüxtəlifliyin zənginləşməsinə də xidmət edir: “Biz onun tərəfdarıyıq ki, ovçuluq qanunvericiliyə uyğun, lisenziya əsasında aparılsın. İstəyir ərəb şahzadəsi gəlsin, istəyir Afrika şahzadəsi gəlsin amma qanun əsasında bunu etsin. Biz artıq bunu təmin edə bilirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR