Göyçay sakini qohumunu bıçaqlayıb

Göyçay sakini qohumunu bıçaqlayıb
# 11 yanvar 2016 16:01 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Bığır kəndində qeydə alınıb. Kənd sakini 1980-ci il təvəllüdlü Həsənov Həsənağa Rəhim oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı qonşusu və bibisinin qaynı oğlu, 1988-ci il təvəllüdlü Beydullayev Nurlan Şövkət oğlunu bıçaqlayıb.

Döş qəfəsi, boyun və qarın boşluğundan bir neçə bıçaq xəsarəti alan Nurlan Beydullayev təcili olaraq Göyçay Mərkəzi rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Hadisəni törədən Həsənağa Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR