Sabahdan "Gəncəbank"ın əmanətçilərinə əmanətlərin qaytarılmasına başlanır

Sabahdan "Gəncəbank"ın əmanətçilərinə əmanətlərin qaytarılmasına başlanır
# 03 fevral 2016 09:04 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyası ləğv olunmuş "Gəncəbank" ASC-nin əmanətçilərinə sığortalanmış əmanətlərin qaytarılmasına fevralın 4-dən başlanacaq. "APA-Economics" xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, bu bankın 378 əmanətçisinə 1,5 mln. manat məbləğində kompensasiya veriləcək.

Kompensasiyaların verilməsi üçün agent banklar da müəyyənləşib. Belə ki, əmanətçilərə kompensasiyalar “Rabitəbank”, “Unibank” və “Kapital Bank”ın filialları vasitəsilə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR