SOCAR: Meyitləri dənizdən çıxarılan neftçilərin əynində xilasetmə jiletləri olub, sosial şəbəkələrdəki görüntülər həqiqi deyil

SOCAR: Meyitləri dənizdən çıxarılan neftçilərin əynində xilasetmə jiletləri olub, sosial şəbəkələrdəki görüntülər həqiqi deyil
# 09 dekabr 2015 09:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın zamanı həlak olanların xilasedici jiletsiz olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.

"APA-Economics"in xəbərinə görə, SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bildirib ki, bu görüntülər həqiqəti əks etdirmir: "Xilasedicilər tərəfindən tapılan meyitlərin real görüntüləri bizdə var. Ancaq biz bu şəkilləri ictimailəşdirərək rəhmətə gedən insanların ailələrinə hörmətsizlik etmiş olarıq. Bu insanların əynində jilet olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR