Bakıda orta məktəbdəki yanğın zamanı iki şagird və bir müəllim xilas olunub - YENİLƏNİB 1

Bakıda orta məktəbdəki yanğın zamanı iki şagird və bir müəllim xilas olunub - <span style="color: red;">YENİLƏNİB 1
# 23 may 2016 10:19 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyin Bakı şəhəri, Xətai rayonunda Təhsil Nazirliyinə məxsus üçmərtəbəli 95 saylı orta məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məktəbin 1-ci mərtəbəsinin giriş hissəsində 30 kv.m sahədə mebel dəsti yanıb. Yüksək temperaturdan giriş qapısı və 2 ədəd pəncərə əriyib. Hadisə zamanı 2 şagird və 1 nəfər müəllim xilas, 75-80 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Yanğından məktəb binasının qalan hissəsi mühafizə olunub. Yanğın saat 09:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

****

10:12

Bakı. Hafiz Heydərov – APA. Bu gün Bakıda orta məktəbdə baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya bildirib ki, yanğın zamanı xəsarət alan olmayıb.

***

09:38

Bakı. Hafiz Heydərov – APA. Bakının Əhmədli qəsəbəsində yerləşən 95 saylı orta məktəbdə yanğın başlayıb.

APA-nın xəbərinə görə, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Məktəbdəki şagird və müəllimlər təxliyə edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR