Pakistanda universitetdə törədilmiş terror aktında 25 nəfərin öldüyü rəsmi təsdiqlənib - YENİLƏNİB-3

Pakistanda universitetdə törədilmiş terror aktında 25 nəfərin öldüyü rəsmi təsdiqlənib - <span style="color: red;">YENİLƏNİB-3
# 20 yanvar 2016 09:20 (UTC +04:00)

Bakı - APA. Pakistanda terorçuların universitetə hücumu nəticəsində 21 nəfərin həlak olduğunu təsdiqlənib.

APA-nın "Frans Press" ageliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli polisdən bildirilib.

Pakistanın informasiya naziri Şaukat Yusufzadə isə ölü sayının 25-ə çatdığını açıqlayıb

***

saat 11.12

Bakı - APA. Pakistanda terrorçuların universitetə hücumu nəticəsində ölənlərin sayı 15-ə çatıb.

APA-nın DAWN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "Edhi Foundation" qeyri-kommersiya humanitar təşkilatının hadisə yerində olan könüllüsü bildirib.

Universitet binasından təxliyə olunan tələbələrdən biri isə qeyd edib ki, terrorçular 60-70 tələbəni güllələyiblər, lakin onun sözləri hələlik rəsmi təsdiqlənməyib.

Hücum zamanı təhsil müəssisəsində 3 minədək tələbə olub. Universitetin rektoru əvvəl verdiyi açıqlamada bildirib ki, tələbə və müəllimlərdən heç kim zərər çəkməyib.

Bəzi məlumatlara görə, hücum zamanı universitetdə poeziya müsabiqəsi keçirilirmiş, tədbirdə 600 qonaq iştirak edirmiş.

Hücuma görə "Taliban" məsuliyyəti üzərinə götürüb.

***

saat 10.45

Bakı - APA. Pakistanda terrorçuların universitetə hücumu nəticəsində üç nəfər həlak olub, ən azı 50 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, polis terrorçulardan ikisini öldürüb.

Yaralılardan doqquzunun ağır vəziyyətdə olduğu bildirilir.

Universitetə hücum edənlərin dəqiq sayı hələlik bilinmir. Onların 6-8 nəfər ola biləcəyi ehtimal edilir. Polis əvvəlcə dörd terrorçunun hücumda içtirak etdiyini açıqlayıb.

Şahidlərdən biri "Daily Pakistan" nəşrinə bildirib ki, hücum zamanı kimya kafedrasının professoru da öldürülüb. Şahid əlavə edib ki, yüzlərlə tələbə hələ də universitetin ərazisindədir. Atışma davam edir. Hadisə yerinə Paksitan Silahlı Qüvvələrinin dəstələri gəlib, hadisə rayonu üzərində vertolyot uçur. Xilasedicilər daha bir neçə nəfərin həlak olduğunu bildiriblər, lakin onların sayı dəqiq bilinmir.

***

saat 09.55

Bakı - APA. Üç silahlı şəxs yanvarın 20-də Pakistanın Heybər-Pahtunhva əyalətinin Çarsadda şəhərində universitetə hücum edib.

APA-nın Pakistanın DAWN agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular auditoriyalara və yataqxana otaqlarına soxularaq atəş açıblar.

RİA "Novosti" xəbər verir ki, ilkin məlumata görə, bir nəfər ölüb, altı nəfər yaralanıb.

Ümumilikdə universitetdə 3 minədək tələbə təhsil alır.

Polis iki partlayışın törədildiyi barədə məlumat yayıb. Güc strukturlarının əməkdaşları hadisə yerinə cəmləşirlər.

Qeyd edək ki, Heybər-Pahtunhva Pakistanın ən kasıb əyalətlərindən biridir. Əyalətin ərazisində "Taliban" döyüşçüləri aktiv fəaliyyət göstərirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR