Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı Akın Öztürk həbs olunub

Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı Akın Öztürk həbs olunub
# 16 iyul 2016 18:38 (UTC +04:00)

Bakı-APA. Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı, ordu generalı Akın Öztürk həbs olunub.

APA-nın “Cümhuriyyət”ə istinadən verdiyi xəbərə görə, Akın Öztürk hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılıb.

Akın Öztürkün qiyamçıların lideri olduğu və çevriliş cəhdinin arxasında durduğu ehtimal olunur.

Hərbi-Hava Qüvvələrinin sabiq komandanı Kazan ilçəsində saxlanılıb. Məlumata görə, Akın Öztürkün ətrafında olan digər qiyamçı əsgərlər də silahlarını yerə qoyaraq təslim olublar.

Bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, ordu generalı Adəm Huduti həbs edilib.

Qeyd edək ki, Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar yüksək və orta rütbəli zabitlər daxil olmaqla 2800-dək şəxs saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR