İnsan alverində təqsirləndirilən qadın məhkəmə zalında həbs edilib

İnsan alverində təqsirləndirilən qadın məhkəmə zalında həbs edilib
# 05 sentyabr 2016 14:41 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Nəzrin İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, N. İbrahimli 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, o, azərbaycanlı qadınları Dubaya apararaq, orada insan alverinə cəlb etməkdə təqsirləndirilib. Barəsində həbs qətimkan tədbiri seçilmədiyindən indiyədək azadlıqda olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR