Şimali Koreya ikinci ballistik raket buraxıb

Şimali Koreya ikinci ballistik raket buraxıb
# 18 mart 2016 04:45 (UTC +04:00)

Bakı-APA. Şimali Koreya birinci raket buraxılışından təxminən 20 dəqiqə sonra Yapon dənizinə doğru ikinci ballistik raket buraxıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, ikinci raket 17 km hündürlükdə radarlardan itib. Onun atmosferin yuxarı qatında partladığı iddia olunur.

Qeyd edək ki, Cənubi Koreya və ABŞ birgə irimiqyaslı hərbi təlimlər keçirir. Təlimlərə 300 min Cənubi Koreya və 17 min ABŞ hərbçiləri cəlb olunacaq.

Xatırladaq ki, BMT TŞ martın əvvəlində KXDR-ə qarşı yeni sanksiyalar paketini yekdilliklə qəbul edib. Buna səbəb Şimali Koreyanın fevralda nüvə sınaqları və ballistik raketlərin buraxılışı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR