Bərdə sakini bıçaqlanıb

Bərdə sakini bıçaqlanıb
# 26 noyabr 2015 10:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bərdədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 26-da Bərdə rayonunun Şirvanlı kəndindən kənd sakini Emil Gözəlov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Bərdə rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş həmkəndlisi Etimad Nəsirov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR