Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 22 Sentyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 22 Sentyabr
# 22 sentyabr 2016 18:19 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Federal Ehtiyat Sistemi maliyyə və xammal bazarlarına “taymaut” verdi, dolların faiz dərəcəsi böyük ehtimalla dekabrda qaldırılacaq. Bazarların bu qərara ilkin reaksiyası gözlənilən kimidir - dollar ucuzlaşır, neft bahalaşır. İlin sonuna kimi sürpriz proqnozlar səsləndirilmir - neftin qiyməti 50 dollar ətrafında stabilləşəcək. ABŞ-ın neft ehtiyatlarının həcminə dair hesabatlar qiymətləri hərdən ucuzlaşdırıb, hərdən isə bahalaşdıracaq. Qİymətlərin bahalaşmasına təsir edəcək tək ciddi amil qalır - OPEK toplantısı. Əgər bir möcüzə baş verərsə və toplantıda hasilatın dondurulması qərarı qəbul olunarsa, qiymətlər 60 dollar səviyyəsinə kimi qalxa bilər. Amma bunun üçün qeyd etdiyimiz kimi möcüzə baş verməlidir. Çünki OPEK üzvlərinin maraqları o qədər ziddiyyətlidir ki, bu ziddiyyətlər arasında ortaq məxrəc tapmaq doğrudan möcüzə olardı. Artıq demək olar ki, heç kəs OPEK-in toplantısında hasilatı dondurmaqla bağlı qərar çıxacağını gözləmir. İndi sual başqadır - əgər belə qərar qəbul edilməsə, bu, neftin ucuzlaşmasına səbəb olacaqmı? Cavablar müxtəlifdir, amma hər kəs bir məsələdə eyni cür düşünür: Neftin qiyməti iqtisadi deyil, siyasi amillərə əsasən formalaşır. Nə qədər ki, dünyada siyasi qütbləşmə dərinləşir, neftin qiyməti ilə bağlı iqtisadi əsaslandırılmış proqnoz vermək mümkün olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR