Daşkəsən sakininin evindən avtomat tapılıb

Daşkəsən sakininin evindən avtomat tapılıb
# 03 oktyabr 2016 10:25 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daşkəsən sakininin evindən silah tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirverdilər kənd sakini Asif Bağırovun evinə baxış zamanı “AKS” markalı silah və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR