Bir sıra mərkəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti bərpa edilib

Bir sıra mərkəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti bərpa edilib
# 28 dekabr 2015 06:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Zərifə Əliyeva prospekti və onunla kəsişən küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Bu barədə “APA-Economics”ə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, "Formula-1" üzrə Avropa Qran-prisinə hazırlıq işləri çərçivəsində Zərifə Əliyeva prospektinin Azadlıq prospekti və Rəsul Rza küçəsi ilə kəsişmələri arasında olan yol hissəsində asfalt örtüyünün təmiri işləri yekunlaşdığı üçün Zərifə Əliyeva prospekti və onunla kəsişən küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR