Şirvan sakini bıçaqlanıb - VİDEO

Şirvan sakini bıçaqlanıb - <span style="color: red;">VİDEO
# 16 oktyabr 2015 13:40 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan şəhərində 45 yaşlı kişi bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bıçaqlanma hadisəsi bu gün 15.45 radələrində qeydə alınıb. Şirvan sakini, “Sürücülər yataqxanası”nda məskunlaşan 1970-ci il təvəllüdlü Əliyev Teymur Cavadağa oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. T. Əliyev daxilə nüfuz edən yara diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Cinayəti kimin tərəfindən törədilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR