Ukrayna maliyyə naziri: “BVF gözləmə mövqeyi tutub”

Ukrayna maliyyə naziri: “BVF gözləmə mövqeyi tutub”
# 09 fevral 2016 02:46 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq Valyuta Fondu (BVF) hazırda Ukraynaya qarşı gözləmə mövqeyi tutub.

APA-nın məlumatına görə, bunu ICTV telekanalının efirində Ukraynanın maliyyə anziri Natalya Yaresko bəyan edib.

“Beynəlxalq Valyuta Fondu gözləyir ki, Ukraynada hökumətin aqibəti necə olacaq. Həmçinin məlum şərtlərin yerinə yetirilməsinə görə hökumət məsuliyyəti öz üzərinə nə dərəcədə götürməyə hazırdır. Beynəlxalq Valyuta Fondu indiyədək Ukraynaya 6,7 milyard ABŞ dolları ayırıb. Hazırda daha 1,7 milyard dolların ayrılması məsələsi gündəmdədir”, deyə nazir bildirib.

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard bəyan edib ki, Ukrayna İqtisadi inkişaf və ticarət naziri Ayvaras Abromaviçusun istefa verməsi narahatlıq doğurur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR