“Brügge” – “Napoli” oyunu boş tribunalar önündə keçiriləcək

“Brügge” – “Napoli” oyunu boş tribunalar önündə keçiriləcək
# 25 noyabr 2015 08:10 (UTC +04:00)

Bakı – APA. Fransada baş vermiş terror hadisəsi Belçika futboluna zərbə vurmaqda davam edir. Apasport.az saytının məlumatına görə, “Brügge”nin Avropa Liqasının V turunda “Napoli” ilə ev matçına bu səbəbdən azarkeş buraxılmayacaq.

Bu barədə “Brügge”nin rəsmi saytında məlumat verilib. Ölkədə terror hücumları ilə bağlı təhdidlərin davam etdiyini nəzərə alan klub rəhbərliyi insanların təhlükəsizliyi üçün sabahkı qarşılaşmanın boş tribunalar önündə keçirilməsini qərara alıb.

Qeyd edək ki, noyabrın 14-də Fransanın paytaxtı Parisdə tödərilən terror aktları nəticəsində 150-dən çox insan həlak olub. Terrorçuların bir neçəsi isə Belçika ərazisində saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR