Azərbaycanda daha bir vəzifəli şəxs korrupsiya faktına görə tutulub

Azərbaycanda daha bir vəzifəli şəxs korrupsiya faktına görə tutulub
# 25 dekabr 2015 07:07 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda daha bir vəzifəli şəxs korrupsiya faktına görə tutulub.

APA-nın məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları ötən gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Füzuli rayon şöbəsində əməliyyat keçirib. Əməliyyat zamanı şöbənin rəis müavini Yasər İbrahimov saxlanılıb. SHXÇDX-nın Füzuli rayon şöbəsindən APA-ya Y. İbrahimovun tutulması faktını təsdiqləyiblər.

Hazırda əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR