“Thomson Reuters” Azərbaycanın ali məktəblərində treninqlər keçirəcək

“Thomson Reuters” Azərbaycanın ali məktəblərində treninqlər keçirəcək
# 22 yanvar 2016 10:06 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsinin əməkdaşları fevralda Azərbaycanın bir sıra ali məktəblərində treninqlər keçirəcəklər. Bu barədə APA-ya Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, treninqlər universitetlərin pedaqoji heyətinə agentlik tərəfindən hazırlanan “Web of Science” platformasında (elmi istinadlar üzrə aparıcı baza) işləmək imkanlarının öyrədilməsini əhatə edəcək: “Bununla yanaşı, ali təhsil müəssisələrinə adıçəkilən platformaya çıxış üşün IP ünvanlar veriləcək”.

Qeyd edək ki, 22 dekabr 2015-ci il tarixində Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, Azərbaycanın 40 ali təhsil müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında bu şirkətin “Web of Science” platformasına tam çıxış əldə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR