"Azər-Maya" ASC-nin rəhbərliyi yenidən formalaşır

"Azər-Maya" ASC-nin rəhbərliyi yenidən formalaşır
# 29 sentyabr 2016 06:20 (UTC +04:00)
Bakı - APA-Economics. Cari ilin noyabrın 15-də "Azər-Maya" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
APA-Economics” xəbər verir ki, iclasın gündəliyinə ASC-nin nizamnaməsinə edilən dəyişiklik layihəsinin təsdiq olunması, direktorun yenidən təyin edilməsi, Müşahidə Şurasının formalaşdırılması, nizamnaməyə dəyişiklik edilməsi ilə əlaqədar dəyişikliklərin dövlət qeydiyyatına alınması və səlahiyyətli şəxsin müəyyənləşdirilməsi kimi məsələlər daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR