BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığı: “Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir neçə yüz insan didərgin düşüb”

BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığı: “Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir neçə yüz insan didərgin düşüb”
# 12 aprel 2016 08:24 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığından Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir neçə yüz insanın, əsasən, qadın, uşaq və yaşlı insanların didərgin düşməsi barədə məlumat verilib.

APA-nın BMT-nin saytına istinadən verdiyi xəbərə görə, ali komissarlıq onları maneəsiz humanitar yardımla təmin etməyə çağırıb.

“Qaçqınlarla iş üzrə Ali Komissarlıq tərəfləri bu insanların müdafiəsini və onların hüquqlarına hörmət edilməsinə çağırıb. Didərgin düşən bu insanların əksəriyyəti Dağlıq Qarabağın şimal-şərq hissəsindəki kəndlərdən qaçıblar”,-deyə BMT-nin mətbuat katibi Nyu Yorkdakı brifinqdə deyib.

Qaçqınlarla iş üzrə Ali Komissarlıqdan qeyd edilib ki, onlarla insanın ölməsi və mülki şəxslərin yeni yerdəyişmələri ilə nəticələnə biləcək hərbi əməliyyatların yenilənməsindən ehtiyat edirlər. “Onların çoxu son iki onillik ərzində bir neçə dəfə yerdəyişməyə məcbur qalıblar”.

Qurumdan o da bildirilib ki, mülki şəxslərin ölümü, dağıdılmış evlər, infrastruktur, eləcə də münaqişə zonaısnda çıxmaq istəyənlərə məhdudiyyətlər qoyulması ilə bağlı məlumatlar daxil olub.

BMT-də Ermənistan və Azərbaycan hökumətlərini yenidən didərgin düşmüş insanların humanitar ehtiyaclarının təmin etməklə bağlı yardım təklif edilib və hakimiyyətləri ehtiyacı olanların humanitar yardım əldə etməsini asanlaşdırmağa çağırıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR