Elmar Məmmədyarov ATƏT/DTİHB-nin direktoru ilə görüşüb

Elmar Məmmədyarov ATƏT/DTİHB-nin direktoru ilə görüşüb
# 04 dekabr 2015 07:51 (UTC +04:00)

Bakı-APA. Xarici işlər naziri Elmar Məmmədyarov dekabr 3-də Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində ATƏT-in Demokratik təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Maykl Linklə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov ATƏT-in Demokratik təsisatlar və İnsan Hüquqları Bürosunun cari ilin 1 noyabr tarixində Azərbaycanda keçirilmiş parlament seçkilərini müşahidə etməkdən imtina etməsinin onun mandatına zidd olduğunu bildirib. Azərbaycanın məntiqə əsaslanan və konstruktiv əməkdaşlıq çağırışlarına baxmayaraq, qurum tərəfindən belə bir addımın atılmasının onun müstəqilliyi və qərəzsizliyini sual altına qoyduğunu vurğulayıb.

Nazir Demokratik təsisatlar və İnsan Hüquqları Bürosunun hansı prinsip və metodologiyaya əsasında bu cür mövqe tutmasının araşdırılmasının zəruriliyini diqqətə çatdırıb.

Maykl Link ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosunun təşkilata üzv olan bütün dövlətlərlə əməkdaşlıq etməkdə maraqlı və hazır olduğunu bildirərək, qurumun gələcəkdə bu istiqamətdə səylərini daha da artıracağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR