Neft Qaz Çıxarma İdarəsi bu il üzrə neft-qaz hasilatının həcmini açıqlayıb

Neft Qaz Çıxarma İdarəsi bu il üzrə neft-qaz hasilatının həcmini açıqlayıb
# 26 avqust 2016 12:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft-qazçıxarma İdarəsi (NQÇİ) bu ilin yanvar-iyul ayları ərzində neft-qaz hasilatı artıqlaması ilə yerinə yetirib.

APA-Economics”in rəsmi mətbuata istinadən verdiyi məlumata görə, bu ilin 7 ayı ərzində 44 705,0 ton neft hasilatı planına qarşı 48 802 ton neft ha sil edilib. Bu da plandan 4097 ton və ya 9,2% çoxdur.

44471 ton neft təhvili planına qarşı 48 655,820 ton neft təhvil verilib, neft təhvili planı 9,4% artıq yerinə yetirilib.

Hesabat dövründə 21 620 min kubmetr qaz hasilatı planına qarşı 26632 min kubmetr qaz hasil edilib. Nəzərdə tutulan plan 23,2% çox yerinə yetirilib. 24 102,050 min kubmetr qaz təhvil verilib. Bu da qaz təhvili planından 4902,050 min kubmetr çox olmaqla planın 25,5% çox yerinə yetirilməsi deməkdir.

2016-cı ilin 7 ayı ərzində aparılmış geoloji-texniki tədbirlərin, əsaslı və cari təmirlərin göstəricilərinə əsasən neft-qaz hasilatı planının artıqlaması ilə yerinə yetirilməsinə nail olunub. Belə ki, 62 geoloji tədbir və 4290 ton neft hasilatı planına qarşı 52 geoloji tədbir aparılıb və 4619 ton neft hasil edilib. 119 texniki tədbir və 952 ton neft hasilatı planına qarşı 121 texniki tədbir aparılıb və 1780 ton neft hasil edilib. Bu da plandan 2 tədbir çox və 828 ton neft çox olmaqla 87% çox yerinə yetirilib.

70 əsaslı təmir planına qarsı 89 əsaslı təmir aparılıb. Bu da plandan 19 təmir çox olmaqla nəzərdə tutulan işlərin 27,1% artıq yerinə yetirilməsidir. Əsaslı təmir aparılmış quyulardan 4149 ton neft alınıb. 2450 cari təmir planına qarşı 2245 cari təmir aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR