SKMF ilə əməkdaşlıq edən kredit təşkilatlarının sayı açıqlanıb

SKMF ilə əməkdaşlıq edən kredit təşkilatlarının sayı açıqlanıb
# 25 fevral 2016 10:41 (UTC +04:00)

Bakı - APA-Economics. 2015-ci il ərzində daha 2 bank, 13 bank olmayan kredit təşkilatı, o cümlədən 7 kredit ittifaqı Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığa cəlb edilib.

Fonddan "APA-Economics"ə verilən xəbərə görə, bununla da SKMF ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının sayı 64-ə, o cümlədən bank olmayan kredit təşkilatlarının sayı 32-yə çatdırılıb.

"Bundan sonra da bank olmayan kredit təşkilatlarının, o cümlədən kredit ittifaqlarının fondla əməkdaşlığa cəlb olunması istiqamətində tədbirlər davam etdiriləcək", - deyə fonddan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR