Hakerlər "Yahoo"nun 500 milyon istifadəçisinin şəxsi məlumatını ələ keçirib

Hakerlər "Yahoo"nun 500 milyon istifadəçisinin şəxsi məlumatını ələ keçirib
# 23 sentyabr 2016 09:36 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. 2014-cü ildə baş verən iri haker hücumu nəticəsində ABŞ-ın "Yahoo Inc." şirkətinin xidmətlərindən istifadə edən 500 milyon istifadəçinin məlumatları oğurlanıb.

"APA-Economics" şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, hücum nəticəsində "Yahoo!" elektron poçtunun istifadəçilərinin şifrələri, ad və soyadları, mobil telefon nömrələri və digər şəxsi məlumatlar ələ keçirilib.

Buna baxmayaraq, hakerlər istifadəçilərin kredit kartları barədə məlumatları əldə edə bilməyib.

Şirkətdə hesab edirlər ki, hakerlər hansısa dövlətin dəstəyindən faydalanıb.

ABŞ Federal Tədqiqatlar Bürosu dünyanın ən iri haker hücumu ilə bağlı araşdırma apardığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR