Lerikdə bıçaqlanma olub

Lerikdə bıçaqlanma olub
# 21 noyabr 2015 10:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Lerikdə bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 20-də Lerik şəhərində şəhər sakini Afiq Yaqubov münaqişə zəminində həmyerlisi Səid Həmidzadəyə bıçaqla xəsarət yetirib.

Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Yaqubov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR