Turizm şirkətindən oğurluq edilib

Turizm şirkətindən oğurluq edilib
# 31 mart 2016 10:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda turizm şirkətindən oğurluq edilib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayon 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Bakı şəhər sakini Həsən Həsənova məxsus turizm şirkətinin ofisindən 2700 manat və müşahidə kamerası oğurlamış həmyerlisi Zöhrab Həsənov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR