Taleh Ziyadov: "Hazırda Ələtdə aeroporta ehtiyac yoxdur"

Taleh Ziyadov: "Hazırda Ələtdə aeroporta ehtiyac yoxdur"
# 17 mart 2016 12:17 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "İndiki məqamda Ələt dəniz limanında aeroportun açılmasına ehtiyac yoxdur".

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycanda Amerika Ticarət Palatasının ("Amcham-Azerbaijan") üzvləri ilə görüşdən sonra "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov jurnalistlərə bildirib.


"Heydər Əliyev adına hava limanından da beynəlxalq istiqamətdə yüklər daşınır. Gələcəkdə yükdaşıma həcmi kəskin artarsa, aeroportun tikintisi barədə düşünə bilərik. Lakin hazırda Ələtdə hava limanının inşa olunmasına ehtiyac yoxdur", - deyə T. Ziyadov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR