Nazirlik: “Çağrı mərkəzləri” tərəfindən ötən ay 20 minə yaxın müraciət cavablandırılıb

Nazirlik: “Çağrı mərkəzləri” tərəfindən  ötən ay 20 minə yaxın müraciət cavablandırılıb
# 12 avqust 2016 14:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-“Çağrı mərkəzləri” tərəfindən nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə (əmək qanunvericiliyi, sosial təminat, pensiya və müavinət təyinatı, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası, məşğulluğun təminatı, sosial sığorta və s.) əlaqədar müraciətlərin operativ və dolğun şəkildə cavablandırılması təmin olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu istiqamətdə işlərin davamı olaraq, bu ilin iyul ayında həmin “Çağrı mərkəzləri” tərəfindən 19990 müraciət cavablandırılıb. Onların 95,7 faizini və ya 19121-ini aidiyyəti məsələlərlə əlaqədar sorğu xarakterli müraciətlər təşkil edib. Qalan müraciətlər isə araşdırılması üçün müraciət vərəqəsi əsasında nazirliyin müvafiq struktur bölmələrinə göndərilib.

142 və 190-“Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin 29,2 faizi sosial təminat, 9,8 faizi əmək qanunvericiliyi, 20,3%- nazirliyin elektron xidmətlərindən istifadə, 5,7 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 5 faizi isə məşğulluğun təminatı məsələlərini əhatə edib. Həmçinin müraciətlərin 3 faizi fərdi uçotun təşkili, 10,6 faizi pensiya və müavinətlər, 8,4%- məcburi dövlət sosial sığorta, 8 faizi avtomatlaşdırılmış pensiya təyinatı məsələlərinə aid olub.

Əvvəlki iyun ayı ilə müqayisədə iyul ayında “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayında 3,9%-i azalma qeydə alınıb. Nazirliyin digər fəaliyyət sahələri kimi, sosial təminat sisteminin də elektron texnologiyalar üzərində şəffaflaşdırılması, bu sahədə xidmətlərin sosial cəhətdən həssas qruplara əlçatanlığının təmin edilməsi həmin sahə ilə bağlı müraciətlərin də getdikcə azalmasına səbəb olub. Belə ki, ötən ay sosial təminat məsələləri ilə əlaqədar nazirliyin “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayı 20%-ə yaxın azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR