Bakıda "MAZ" markalı yük avtomobili qəzaya düşüb, sürücü yaralanıb

Bakıda "MAZ" markalı yük avtomobili qəzaya düşüb, sürücü yaralanıb
# 06 aprel 2016 05:23 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Paytaxtın Sabunçu rayonunda yol qəzası baş verib. APA-nın məlumatına görə, Sabunçu-Zabrat yolunda hərəkətdə olan "MAZ" markalı yük avtomobilində nasazlıq yaranıb. Nəticədə sürücü idarəetməni itirib və yük maşını yol kənarındakı səkiyə çırpılıb. Zərbənin təsirindən sürücü oturacağı ilə birlikdə avtomobildən çıxaraq yol kənarına düşüb. Nəticədə sürücü xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Hadisə yerinə yol polis əməkdaşları və Sabunçu Rayon Polis idarəsinin müstəntiqi gəlib.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR