Bakı sakini 1 kq civəni 4 min manata satarkən tutulub

Bakı sakini 1 kq civəni 4 min manata satarkən tutulub
# 01 mart 2016 08:47 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda civə satan şəxs saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elxan Baxşıyev 1 kiloqram 297,94 qram zəhərləyici maddə olan metallik civəni 4000 manata satarkən tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR