Obama: “Britaniya xalqının qərarına hörmətlə yanaşırıq”

Obama: “Britaniya xalqının qərarına hörmətlə yanaşırıq”
# 24 iyun 2016 17:18 (UTC +04:00)

Bakı – APA. “ABŞ Böyük Britaniya xalqının ölkənin Avropa İttifaqından çıxması qərarına hörmət edir”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama bəyan edib.

O qeyd edib ki, ölkəsinin Böyük Britaniya ilə xüsusi münasibətləri davam edir: “Britaniyanın NATO üzvlüyü ABŞ-ın xarici siyasəti, təhlükəsizliyi və iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR