Bakıda silsilə oğurluqlar törədən şəxslər tutulub

Bakıda silsilə oğurluqlar törədən şəxslər tutulub
# 05 mart 2016 09:08 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində silsilə oğurluqlar edən şəxslər yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayı, Xəzər Rayon Polis İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 10-dan bu il fevralın 18-dək olan müddətdə Bakı şəhər sakinləri - X. Xəlilova məxsus mağazadan, N. Zamanzadəyə məxsus çantadan, İ. Vəliyevaya və İ. Əliyevaya məxsus gözəllik salonundan pul, tütün məmulatı, ərzaq məhsulu və məişət əşyası oğurlamış Yevlax rayon sakini Alişan Məmmədov və Gəncə şəhər sakini Pərviz Niyazov saxlanılıblar.

Aparılmış əməliyyat tədbirləri ilə adı çəkilən şəxslərin daha 3 nəfərə məxsus mağaza və gözəllik salonundan pul, danışıq kartları, tütün məmulatı və ərzaq məhsulları oğurladıqları da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR