Nazir: "Türkiyə-Rusiya münasibətlərinə sadəcə çimərliklər və inşaat meydançaları kimi baxmırıq”

Nazir: "Türkiyə-Rusiya münasibətlərinə sadəcə  çimərliklər  və inşaat meydançaları kimi baxmırıq”
# 27 iyun 2016 23:47 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. “Türkiyə-Rusiya münasibətlərinə sadəcə çimərliklər və inşaat meydançaları kimi baxmırıq”.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri agentliyin sualını cavablandırarkən Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı deyib.

İstanbulda keçirdiyi mətbuat konfransında APA-nın “Hörmətli prezident Ərdoğanın Rusiya prezidenti Putinə yazdığı məktub dünyada geniş əks-səda yaratdı. Rusiya Federasiya Şurası xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçov “Türk çimərliklərinin rus turistlərsiz, rus inşaat meydançalarının isə Türk podratçılarsız qalması təhdidin ən böyüyüdür”-dedi. Cərəyan edən proseslərlə bağlı nə demək istərdiniz?”- sualını mədəniyyət və turizm naziri Nabi Avcı belə cavablandırıb:

”Bilirsiniz ki, keçən həftə hörmətli prezidentimiz də verdiyi açıqlamada o günkü şərtlərdə ortaya çıxmış durumun iki qonşu ölkənin münasibətlərinin tarixi dərinliklərinə yaraşmadığını xatırladaraq bunun yenidən yüksək səviyyələrə çıxarılmasının lüzumunu xüsusi şəkildə vurğulamışdı. Bu gün də bunun ən konkret təzahürlərindən biri gerçəkləşir. Münasibətlərimizin Rusiyadakı tərəf-müqabilləri də, Türkiyədəki tərəf-müqabilləri də bu məsələdə anlayış birliyi içində olduqlarını göstərən açıqlamalar verirlər. Bunlar məmnuniyyət doğurur. Təkcə Türkiyə-Rusiya münasibətləri baxımından deyil, bölgə baxımından da dünya baxımından da bunlar müsbət proseslərdir. İrəliyə doğru daha müsbət addımlar atılacağına ümid edirəm. Biz bu münasibətlərə sadəcə inşaat meydançası və ya çimərlik kimi baxmırıq, eyni zamanda, xalqların dostluğunu daha da inkişaf etdirmək üçün bunlar çox önəmli addımlardır. Ölkələr arasındakı münasibətlərdə də doğru addımlardır. İnşallah, bunların daha da irəliyə doğru aparılacağını hamımız birlikdə görəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR