Azərbaycan və Moldova xalqlarının rəqslərinə həsr olunmuş birgə poçt markaları hazırlanıb - FOTOSESSİYA

Azərbaycan və Moldova xalqlarının rəqslərinə həsr olunmuş birgə poçt markaları hazırlanıb - <span style="color: red;">FOTOSESSİYA
# 17 oktyabr 2015 09:10 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Azərbaycanın Moldovadakı Səfirliyində Azərbaycan və Moldova xalqlarının rəqslərinə həsr olunmuş birgə poçt markalarının təqdimat mərasimi keçirilib. Azərbaycanın Moldovadakı Səfirliyindən APA-ya verilən məlumata görə, tədbir Azərbaycanın Müstəqilliyi günü ərəfəsində təşkil olunub. Markalar səfirlik və Azərbaycan və Moldovanın müvafiq şirkətləri olan “Azərmarka” və “Poşta Moldovei”nin birgə təşəbbüsü ilə buraxılıb.

Markanın rəsmi təqdimat mərasimində Azərbaycanın Moldovadakı səfiri, Azərbaycan Filatelistlər İttifaqının sədri Namiq Əliyev bildirib ki, bu markaların buraxılması mədəni və filatelistik sahəsində vacib addımdır və iki xalq arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Tədbirdə Moldovanın mədəniyyət naziri Monika Babuk qeyd edib ki, bu əlamətdar hadisə Azərbaycan və Moldova xalqlarının dostluq, mənəvi bağlılığını və mədəni köklərinə sadiqliklərini göstərir.

Tədbirdə “Azərmarka” dövlət şirkətinin direktoru İntiqam Bağırlı və “Poşta Moldovei” Moldova dövlət şirkətinin baş direktorunun müavini Sergey Batyuşka da çıxış ediblər. Tədbirdə Azərbaycan və Heydər Əliyev haqqında poçt markaları və nəşrlərdən ibarət sərgi təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR