Azərbaycan müdafiə nazirinin müavini ABŞ müdafiə katibi köməkçisinin müavini ilə görüşüb

Azərbaycan müdafiə nazirinin müavini ABŞ müdafiə katibi köməkçisinin müavini ilə görüşüb
# 18 sentyabr 2015 14:01 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan ABŞ müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Evelin Farkasla görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, ölkələrimiz arasında hərbi əlaqələr, o cümlədən təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR