Yaponiyada “Fukusima” AES-in yaxınlığında zəlzələ olub

Yaponiyada “Fukusima” AES-in yaxınlığında zəlzələ olub
# 27 iyul 2016 18:35 (UTC +04:00)

Bakı-APA. Yaponiyanın Hönsü adasının şimal-şərqində 5,3 bal gücündə zəlzələ olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri İbaraki prefekturasının şimalında, ocağı isə 50 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar paytaxt Tokioda da hiss olunub.

Xəsarət alan və dağıntılar barədə məlumat yoxdur. İlkin məlumata görə, yeraltı təkanlar episentrin yaxınlığında yerləşən “Fukusima” atom elektrik stansiyasına zərər vurmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR