Sentyabrda Bakıya 50-dən artıq yeni marşrut avtobusu gətiriləcək

Sentyabrda Bakıya 50-dən artıq yeni marşrut avtobusu gətiriləcək
# 15 avqust 2016 12:55 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Sentyabrda Bakıya 50-dən artıq yeni marşrut avtobusu gətiriləcək.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov məlumat verib.

Agentlik rəsmisinin sözlərinə görə, marşrut avtobuslarının yenilənməsi prosesi davam edəcək: “Artıq şirkətlər başa düşür ki, yararsız avtobusları işlətmək olmaz. Belə olarsa, Bakı Nəqliyyat Agentliyi həmin avtobusların istismara buraxmasının qarşısını alacaq. Diqqət edəndə məlum olur ki, yol-nəqliyyat hadisələrinin əksəriyyəti istismara yararsız olan nəqliyyat vasitələrinin səbəbindən baş verir. Standartlara cavab verməyən marşrut avtobusları istismardan çıxarılacaq”.

M. Abbasov əlavə edib ki, hazırda 302 ədəd yeni avtobus fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR