Ermənistan aprelin 2-dən 5-dək döyüşlərdə ölən hərbçilərini yeni itkilər kimi təqdim edir

Ermənistan aprelin 2-dən 5-dək döyüşlərdə ölən hərbçilərini yeni itkilər kimi təqdim edir
# 08 aprel 2016 13:10 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Ermənistan hakimiyyəti aprelin 2-dən 5-dək gedən döyüşlərdə ölən hərbçiləri yeni itkilər kimi təqdim edir.

Erməni hərbi rəhbərliyi atəşkəs barədə razılıq əldə olunandan sonra hər gün cəbhədə hərbçi itirdiyini açıqlasa da, APA-nın erməni mətbuatı və sosial şəbəkələrdə apardığı monitorinqlərdən aydın olur ki, əslində, açıqlanan son itkilər aprelin 2-5-də baş verən döyüşlərdə ölənlərdir.

Sadəcə, Ermənistan rəhbərliyi yerli ictimaiyyətin etirazından çəkinərək, qızğın döyüşlərdə verdiyi çoxsaylı itkiləri hissə-hissə açıqlamağa başlayıb.

Erməni tərəfinin digər məqsədi isə atəşkəs əldə olunmasına baxmayaraq, Azərbaycan tərəfinin razılaşmaya əməl etmədiyini, atəşkəsin pozulması nəticəsində erməni hərbçilərinin öldürülyünü göstərməklə, Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirməkdir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR