Ötən ay sığortaçılar Yaşıl Kart müqavilələrindən 14 min manat toplayıb

Ötən ay sığortaçılar Yaşıl Kart müqavilələrindən 14 min manat toplayıb
# 02 mart 2016 08:34 (UTC +04:00)

Bakı - APA-Economics. Fevral ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən İran və Türkiyə ölkələrinə səfər edən avtonəqliyyat vasitələri üçün 83 beynəlxalq sığorta müqaviləsi bağlanılıb.

İcbari Sığorta Bürosundan "APA-Economics"ə verilən məlumata görə, beynəlxalq sığorta müqavilələri üzrə daxil olan sığorta haqları 13 927 manat təşkil edib.

Yaşıl kart üzrə bağlanılan müqavilələrin 19-u minik, 34-ü yük, 30-u isə qoşqu kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub. Bağlanılan müqavilələr üzrə ən aşağı sığorta haqqı 12 manat, ən yüksək sığorta haqqı 440 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR