15 iyul Türkiyədə qeyri-iş günü olacaq

15 iyul Türkiyədə qeyri-iş günü olacaq
# 29 sentyabr 2016 13:15 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Türkiyədə 15 iyul tarixi qeyri-iş günü olacaq.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, artıq 15 iyul tarixi Demokratiya və azadlıqları anma günü kimi qeyd olunacaq: “Dünən bu barədə Milli Təhlükəsizlik Şurasının toplantısında da hökumətə tövsiyə etdik. Hər ilin iyulun 15-i şəhid və qazilərimizi anma günü kimi qeyd ediləcək. Bununla əlaqədar həmin tarix qeyri-iş günü olacaq”.

R.T. Ərdoğan bu günü türk millətinin ikinci qurtuluş savaşı adlandırıb: “Çünki bu tarixdə torpaqlarımız işğalı edilə bilərdi. Ancaq millətimiz buna imkan vermədi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR