İran parlamenti Rusiyadan 5 milyard dollarlıq kreditin alınmasına dair sənədi ratifikasiya edib

İran parlamenti Rusiyadan 5 milyard dollarlıq kreditin alınmasına dair sənədi ratifikasiya edib
# 24 avqust 2016 10:34 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İran parlamenti hökumətə Rusiyadan 5 milyard dollar kredit almağa icazə verib.

APA-nın Tehran bürosunun məlumatına görə, deputatlar parlamentin bu gün keçirilən iclasında müvafiq sənədi ratifikasiya ediblər.

Rusiyadan alınacaq vəsait infrastruktur layihələrinə yönələcək. Söhbət nüvə enerjisi, dəmir yolu, maqistral yollar, bəndlər, suvarma sistemləri və s. layihələrdən gedir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ötən ilin noyabr ayında Tehrana səfər edib. Səfər zamanı Rusiyanın İrana 5 milyard dollar kredit ayırmasına dair sənəd imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR