Ərdoğan: "Hazırkı beynəlxalq sistem insanlığın təcili problemləri qarşısında zəif qalıb"

Ərdoğan: "Hazırkı beynəlxalq sistem insanlığın təcili problemləri qarşısında zəif qalıb"
# 23 may 2016 10:51 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Türkiyə dünyanın 140 ölkəsində inkişaf proqramları həyata keçirir".

APA-nın məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Dünya Humanitar Forumunun açılış mərasimində çıxış edərkən deyib. O bildirib ki, Türkiyə 3 milyondan çox suriyalı və iraqlı mühaciri ölkədə qonaq edir: “Bu sığınma prosesi davam etsə də, təhdidlə qarşı-qarşıya qalan kim olursa olsun, qapımızı insanlara, insanlığa bağlamayacağıq. Hazırki beynəlxalq sistem insanlığın təcili problemləri qarşısında təəssüf ki, zəif qalıb. Bəzi ölkələr bu məsuliyyəti təkbaşına üzərinə götürüb. Artıq hər kəs çiynini bu yükün altına verməlidir. Mövcud münaqişələrin sona çatmasına təkan verməli və yenilərinin başlamasının qarşısını almalıyıq. Beynəlxalq hüququn pozulmasının qarşısını almaq üçün daha çox səy göstərməliyik. İnsanlığa qarşı işlənən cinayətlərin qarşısının alınması üçün əlimizdən gələni edəcəyik. Yerlərindən məhrum olan qadın, uşaq, fiziki məhdudiyyətli insanlara daha çox yardım edəcəyik. Yardımlardan asılılığı azaltmaq və hər millətin öz ayaqları üzərində dura bilməsi üçün daha çox səylərə ehtiyac var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR