"Azər-Türk Bank"ın ötən il dövlət büdcəsinə dividend ödəməməsinin səbəbləri açıqlanıb

"Azər-Türk Bank"ın ötən il dövlət büdcəsinə dividend ödəməməsinin səbəbləri açıqlanıb
# 23 may 2016 14:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Səhmlərində dövlətin payı olan müəssisələrdən olan “Azər-Türk Bank” ASC üzrə 2015-ci ilin dövlət büdcəsinə dividendlər üzrə heç bir ödəniş həyata keçirilməyib.

"APA-Economics" xəbər verir ki, bu barədə məlumat "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində yer alıb.


Məlumata əsasən, proqnoza görə, bank tərəfindən 2015-ci ilin dövlət büdcəsinə dividendlər üzrə 500 min manat ödəniş nəzərdə tutulub: "Bankın təqdim etdiyi maliyyə nəticələrinə və digər sənədlərə əsasən hesabat ili zərərlə başa çatıb. Təqdim olunmuş materiallara əsasən "Azər-Türk Bank"ın hesabat ili üzrə zərərə çıxmasının səbəbi kimi mümkün zərərlərin ödənilməsi üçün verilmiş kreditlər üzrə ayrılmış məqsədli ehtiyatların 2 mln. manat həcmində artaraq 7,6 mln. manat təşkil etməsi ilə əlaqələndirmək olar. Həmçinin qeyd etmək lazımdır ki, kredit aktivlərinin təsnifləşdirilməsi üzrə hesabat ilində qeyri-standart aktivlərin (qeyri-qənaətbəxş, təhlükəli, ümidsiz) həcmi artımla müşahidə olunub, bu isə bankın xərclərinin artımına səbəb olmaqla dövlət büdcəsi qarşısında öhdəliklərin yerinə yetirilməməsi ilə nəticələnib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR