Nizami Kino Mərkəzində xalq artisti Cavanşir Məmmədovun yubiley mərasimi keçirilib

Nizami Kino Mərkəzində xalq artisti Cavanşir Məmmədovun yubiley mərasimi keçirilib
# 23 oktyabr 2015 15:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə xalq artisti Cavanşir Məmmədovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə iştirak edən Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev xalq artistinin sənətə olan sevgisindən və professional sənətkarlıq qabiliyyətindən, əməkdar incəsənət xadimi Aydın Kazımzadə Cavanşir Məmmədov haqqında olan xatirələrindən və onun 60 il kinematoqrafiya sahəsinə xidmətindən söz açıblar.

İştirakçılar Cavanşir Məmmədovun çəkdiyi “Xəzər neftçiləri haqqında dastan” sənədli filmini izləyiblər.

Mərasimində Mədəniyyət və Turizm Nazirlinin əməkdaşları, sənət adamları və digər qonaqlar iştirak edib.

Cavanşir Məmmədovun qızı Almaz Məmmədova tədbirin təşkilində əməyi olanlara minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR