Bakıda polis əməkdaşını yaralayan şəxsə 17 illik həbs cəzası verilib

Bakıda polis əməkdaşını yaralayan şəxsə 17 illik həbs cəzası verilib
# 04 iyul 2016 09:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhd, oğurluq və qanunsuz silah saxlamaqda təqsirləndirilən Yevgeniy Antonovskiy, Andrey Pavlenko və Fərqanət Qasımovun cinayət işi üzrə məhkəmə başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Y. Antonovskiy 17, digər təqsirləndirilən şəxslərin hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, onlar Bakıda "Milli Ön" aparatları oğurlayıblar. Təqsirləndirilən şəxslərin yaxalanması üçün keçirilən əməliyyat zamanı Y. Antonovskiy isə polis əməkdaşlarına silahlı müqavimət göstərib. Nəticədə polis əməkdaşlarından biri ağır yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR