Abşeron və Bərdə rayonlarında avtomobillə vurulan piyadalar ölüb

 Abşeron və Bərdə rayonlarında avtomobillə vurulan piyadalar ölüb
# 29 avqust 2016 09:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Abşeron və Bərdə rayonlarında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 27-də saat 21.00 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində Bakı şəhər sakini Rəhman Qasımov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ruslan Məmişovu vurub. Piyada hadisə yerində ölüb.

Avqustun 27-də saat 22 radələrində Bərdə rayonunun Divanlı kəndində Ağdam rayon sakini Qabil Əliyev idarə etdiyi “Moskviç 412” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR