Bakıda mərmər sexinin ofisində yanğın olub

Bakıda mərmər sexinin ofisində yanğın olub
# 21 oktyabr 2015 19:55 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda "Atlas inşaat” şirkətinə məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqdan ibarət mərmər sexinin ofisində 1 otağın plastik pəncərə çərçivəsi, 1ədəd kondisioner, kompyuter və döşəmə 1 kv.m sahədə yanıb. Ofisin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR